Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib - FOTO
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, martın 3-də muxtar respublikanın ümumi təhsil müəssisələrində təhsil alan V, VI və VII sinif şagirdlərinin iştirak etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.
İmtahanlar Naxçıvan şəhərində 2, rayonlarda isə 7 olmaqla ümumilikdə 9 mərkəzdə təşkil olunub və 1930 şagird iştirak edib.
Mənsurə Hümbətova