
İsrail və ABŞ kəşfiyyatının rəhbərləri Dohada görüşüblər
İsrailin kəşfiyyat və xüsusi tapşırıqlar idarəsinin (MOSSAD) rəhbəri David Barnea Dohada ABŞ-dən olan həmkarı Bill Börns ilə görüşüb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Görüşdə Misirin də nümayəndəsi iştirak etsə də, bu ölkəni kimin təmsil etdiyi açıqlanmayıb.
Tərəflər Yaxın Şərqdəki müharibəni, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.