
İraqda hava limanına hücum nəticəsində 6 nəfər ölüb
İraqın Süleymaniyyə şəhərində hava limanına edilən hücumda 6 nəfər həlak olub.
NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Zərbə vilayətin inzibati mərkəzi - Süleymaniyyə şəhərinin cənub-şərqindəki Arbat hərbi aerodromuna endirilib.
Hücum PUA vasitəsilə həyata keçirilib. Hadisə yerinə 10 təcili tibbi yardım maşını göndərilib.