İrakli Qaribaşvili: "Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləməyə hazırdır"

İrakli Qaribaşvili: "Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləməyə hazırdır"

28 Noyabr 2023

Strateji məsələlər üzrə yüksək səviyyədə dialoq yalnız Gürcüstan və Ermənistana deyil, bütün regiona fayda verər.

NAXCİVANXEBERLERİ.COM “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Ermənistan hökumətinin aparat rəhbəri Araik Arutyunyan arasında Tblisidə noyabrın 28-də keçirilən görüşdə qeyd olunub.

Bildirilib ki, tərəflər bölgədə sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar. İrakli Qaribaşvili Cənubi Qafqazda sülh və sabitliyi Gürcüstanın dəstəkləməyə hazır olduğunu bildirib.