İki boksçumuz ölkə birincisi olub -

İki boksçumuz ölkə birincisi olub - FOTO

10 Fevral 2025

Bakı şəhərində yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib. 6 gün davam edən yarışda müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) idmançısı qüvvəsini sınayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, birincilikdə Naxçıvan Muxtar Respublikası 10 idmançı, 2 məşqçi və 1 hakimlə təmsil olunub. Naxçıvan yığması 2 qızıl medal sayı ilə turniri komanda hesabında üçüncü yerdə tamamalayıb.

Təmsilçilərimizdən Haxverdi Həsənov (63 kq) və Turqay Abbasov (75 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

Qeyd edək ki, yarışın mükafatçıları yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.