![Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/hirkan-meseleri-unesco-nun-umumdunya-irs-siyahisina-daxil-edilib-1694939412.jpg)
Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib
"Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib".
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Azərbaycanın UNESCO-nun yanındakı nümayəndəliyi sosial şəbəkədə bildirib.
“Bu, Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş 1-ci təbiət ərazisidir”, - nümayəndəlik diqqətə çatdırıb.