“Heydər Əliyev ideologiyasında ədəbi-dil məsələləri” mövzusunda elmi konfrans keçirilib - FOTO

“Heydər Əliyev ideologiyasında ədəbi-dil məsələləri” mövzusunda elmi konfrans keçirilib - FOTO

25 May 2023

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının təşkilatçılğı ilə keçirilən konfransda universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin dünyaya gəlişinin yüzüncü ildönümünü universitetimizdə silsilə tədbirlərlə böyük bir məhəbbət və fəxarətlə qeyd edilir.

NDU nun Telelviziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edən rektor diqqətə çatdırıb ki, Ulu Öndərin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımları xüsusi  vurğulamalıyıq. Ümummilli Lider azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan dilimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunmasına, inkişaf etdirilməsinə çağırışlar edirdi. Bu fikir daim önə çəkilirdi ki, hər bir xalqın beynəlxalq aləmdə  tanınmasında, varlığını təsdiqləməsində  dili, milli-mənəvi dəyərləri, ədəbiyyatı və  mədəniyyəti xüsusi yer tutur.

Bildirilib ki, fenomenal şəxsiyyət Heydər Əliyev öz dövrünün ən böyük natiqi idi. Ulu öndər tarixə böyük siyasi lider, dövlət xadimi kimi düşməklə yanaşı, XX əsr Azərbaycan siyasi natiqliyinin, nitq mədəniyyətinin təşəkkül tapmasında, inkişafında da əvəzsiz rola malikdir. Qürur hissi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” – deyən Ulu öndər mənsub olduğu xalqın dilini, bu dildə min illər boyu formalaşmış düşüncə təzinin inikası olan xalq fəlsəfəsini dərindən bilirdi və həmin bilgi parlaq şəxsiyyətin natiqlik məharətini stimullaşdıran başlıca keyfiyyət kimi diqqəti çəkir. Təsadüfi deyil ki, Heydər Əliyevin natiqlik məharəti, dərin məntiqli nitqi, sözləri məqamında və yerli-yerində seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi, güclü hafizəsi onu dinləyən hər kəsi heyran edirdi.

Konfransda Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənovanın “Azərbaycan siyasi natiqliyinin inkişafında Heydər Əliyevin” rolu, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədovanın “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Muzeyşünaslıq, arxiv işi, kitabxanaçılıq və informasiya kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şərəbanı Məmmədovanın “Sovet dövründə ədəbi fikrin formalaşmasında Heydər Əliyevin” rolu, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Səadət Əliyevanın “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda çıxışları dinlənilib.

Sonra tələbələr ümummilli lider Heydər Əliyevə həsr edilən şeirləri bədii qiraət ediblər və kofransın sonunda “Sən elə bir zirvəsən...” adlı film nümayış olunub.