Hakan Fidan Pakistana gedəcək

Hakan Fidan Pakistana gedəcək

18 May 2024

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 19-da Pakistana rəsmi səfər edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" “CNN Türk”ə istinadən xəbər verir ki, o, pakistanlı həmkarı ilə görüşəcək.

Tərəflərin ikitərəfli və regional məsələləri müzakirə edəcəkləri bildirilib.

Səfər 2 gün davam edəcək.