Görkəmli incəsənət xadimi ilə görüş keçirilib -

Görkəmli incəsənət xadimi ilə görüş keçirilib - FOTO

06 İyun 2024

İyunun 5-də Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun “Dan Ulduzu” ansamblı bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü Tariyel Abbasovla görüşü keçirilib.
Görüşdə “Dan Ulduzu” instrumental ansamblının fəaliyyəti istiqamətində müzakirələr aparılıb. Hər iki tərəf bu görüşün baş tutmağından böyük məmnunluq hissi keçirdiklərini bildiriblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Tariyel Abbasov Ümummilli lider Heydər Əliyevin “Dan Ulduzu” instrumental ansamblına qarşı marağının nə dərəcədə yüksək olduğundan, hakimiyyəti dövründə onunla olan görüşlərindən və ansambla olan qayğısından bəhs etmiş, hazırda həmin diqqət və qayğının ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilidiyini bildirilib.

Nazir müavini Naxçıvan Muxtar Respublikasında 21-22 iyul 2024 cü il tarixlərində “Qərbi Azərbaycana gedən yol” adlı festivalın keçiriləcəyini bildirmiş, həmin festivalda ansamblın iştirakı, həmçinin gələcəkdə “Dan Ulduzu” instrumental ansamblının Naxçıvan Muxtar Respublikasında solo konsertinin keçirilməsi barədə fikirlərini diqqətə çatdırılıb.

Görüşün sonunda xatirə fotosu çəkilib.