Ermənistan və Niderlandın XİN başçıları Bakı ilə İrəvan arasında sülh sazişini müzakirə ediblər

Ermənistan və Niderlandın XİN başçıları Bakı ilə İrəvan arasında sülh sazişini müzakirə ediblər

18 May 2024

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Niderlandın xarici işlər naziri Hanke Bröyns Slotla görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması və sülh danışıqlarını müzakirə edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Ermənistanın “News.am” agentliyinə istinadən xəbər verir.

A.Mirzoyan niderlandlı həmkarına mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlardan sonra sülh prosesinin davam etdirilməsi ilə bağlı İrəvanın yanaşmalarını təqdim edib.

Ermənistan XİN başçısı 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və delimitasiyası prosesində maksimum aydınlığın təmin edilməsinin vacibliyini bildirib.

Tərəflər İrəvan və Amsterdam arasında münasibətlərin inkişaf tendensiyalarını da müzakirə ediblər.

Məlumata görə, iki ölkə arasında viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq zərurəti də daxil olmaqla, mövcud vasitələrdən daha səmərəli istifadənin zəruriliyi nəzərdən keçirilib.