![Ərdoğan Almaniya Prezidenti ilə görüşüb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/erdogan-almaniya-prezidenti-ile-gorusub-1713958822.jpg)
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, məlumatı “TRT Haber” yayıb.
Məlumata görə, səfər prezidentlərin təkbətək görüşü ilə davam edib. Daha sonra Rəcəb Tayyib Ərdoğan və Frank Valter-Ştaynmayerin başçılığı ilə nümayəndə heyətlərinin görüşü başlayacaq.
Qeyd edək ki, Almaniya Prezidenti aprelin 22-dən Türkiyədə səfərdədir.
Mənsurə Hümbətova