Əmrah Nağıyev Türkiyədə keçirilən marafonun ilk beşliyində!

Əmrah Nağıyev Türkiyədə keçirilən marafonun ilk beşliyində!

07 Aprel 2025

Aprelin 6-sı Türkiyənin Antalya şəhərində 20-ci Runtalya Marafonu reallaşıb. Beynəlxalq qaçış yarışında 65 ölkədən 1800-ü idmançı olmaqla, ümumilikdə 10 min iştirakçı sayı qeydə alınıb. Tədbir çərçivəsində 5K, 10K, 21K, 42K, “10K Teams Run” yarışları keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvandan olan atlet Əmrah Nağıyev ölkəmizi marafonun 10 kilometrlik (10K) məsafəsində təmsil edib. İdmançımız 1600-dən çox iştirakçının mübarizə apardığı yarışda 4-cü olub. Əmrah finişədək 35 dəqiqə 36 saniyə vaxt sərf edib.

Əlavə edək ki, beynəlxalq marafonların daimi iştirakçısı olan Əmrah Nağıyevin bunadək olan ən yaxşı nəticəsi 2023-cü ilə təsadüf edir. Belə ki, atletimiz 43-cü Beynəlxalq Trabzon Yarı Marafonunda 10 km məsafə üzrə 6-cı (40 dəqiqə 40 saniyə) olmuşdu.