Emin Əmrullayev: Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil

Emin Əmrullayev: Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil

06 Fevral 2025

Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı nəzərə alınacaq:

"Bununla yanaşı, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı və müəssisə rəhbərinin rəyi də nəzərə alınacaq. Şərtləri ödəyən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər".