Emin Əmrullayev: Aİ ilə uşaqları və gəncləri mina təhlükəsi barədə maarifləndirmək üzrə əməkdaşlıq edirik
Azərbaycan uşaqların və gənclərin mina təhlükəsi məsələləri üzrə maarifləndirilməsi istiqamətində Avropa İttifaqı (Aİ) ilə minatəmizləmə sahəsində birgə fəaliyyətin genişləndirilməsini məqsədəuyğun hesab edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Avropa Gününə həsr olunmuş tədbirdə deyib.
Nazir xatırladıb ki, 2018-ci ilin iyul ayında Aİ-nin Brüsseldəki mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq prioritetlərinə dair sənəd imzalanıb.
“Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təzahürü olan ikitərəfli münasibətlərimizin daha bir mühüm elementi nəqliyyat kommunikasiyaları sahəsində həyata keçirilən tədbirlərdir. O cümlədən Bakı limanının və Ələt azad ticarət zonasının yaradılması Azərbaycanı enerji və nəqliyyat sahəsində aparıcı tərəfdaşlardan birinə çevirib”, - E.Əmrullayev bildirib.