Cinayəti gizlətməyə görə CM-də hansı cəzalar nəzərdə tutulur? -

Cinayəti gizlətməyə görə CM-də hansı cəzalar nəzərdə tutulur? - HÜQUQ MƏSLƏHƏTİ

29 Aprel 2024

Sual: Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı cəzalar nəzərdə tutulur ?

Cavab: Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edilməlidir ki, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilməz.


Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşunas - Nurlan Əhmədli

Mənsurə Hümbətova