Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası nəyə deyilir? -

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası nəyə deyilir? - HÜQUQ MƏSLƏHƏTİ

15 May 2024

Sual: Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası nəyə deyilir?

Cavab: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 319-cu maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına aşağıdakı formada anlayış verilmişdir:

 Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir. 

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 

Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası Ümumdünya Gömrük Təşkilatının malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, Avropa Birliyinin Kombinə Edilmiş Sisteminə və Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır.

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 

Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Yaqub Salamzadə