“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın 7 boksçusu finala yüksəlib

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın 7 boksçusu finala yüksəlib

17 May 2024

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində finala yüksələn Azərbaycan idmançılarının sayı 7-yə çatıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışın dördüncü günündə üç çəkidə yarımfinal görüşləri baş tutub. Həmçinin 1/4 final mərhələsinin qarşılaşmaları başa çatıb və son çəkidə yarımfinalçılar müəyyənləşib.

Yığmamızın üç üzvü yarımfinala, yeddi idmançısı isə finala vəsiqə əldə ediblər.

Boks Mərkəzində keçirilən ənənəvi turnirin beşinci günündə 18 görüş keçiriləcək.

1/4 final

60 kq

Vüsal Xəlilov (Azərbaycan) – Elgün Abbaslı (Azərbaycan) 5:0

Haqverdi Həsənov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) 2:3

İslam Tağıyev (Azərbaycan) – Yerdavlet Şomeazakey (Qazaxıstan) 1:4

Akaki Basaria (Gürcüstan) – İslam Yermuhambet (Qazaxıstan) 4:1

63 kq

Kənan Aslanlı (Azərbaycan) – Zəkəriyyə Rəhimov (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib

Tamerlan Məmmədov (Azərbaycan) – Matvey Mikulski (Belarus) 1:4

Tahir Rəsulzadə (Azərbaycan) – Bibaris Aşırbay (Qazaxıstan) - ikinci tam üstünlüklə qalib gəlib

Nika Beriya (Gürcüstan) – Sultan Satbay (Qazaxıstan) 5:0

yarımfinal

52 kq

Bağır Əmirxanlı (Azərbaycan) – Raul Heydərli (Azərbaycan) 5:0

Temirxan Jolmaxan (Qazaxıstan) – Əli Baxışov (Azərbaycan) 0:5

54 kq

Nurmuhammed Aldabergin (Qazaxıstan) – Sübhan Babayev (Azərbaycan) - ikinci tam üstünlüklə qalib gəlib

Giorgi Kilasonia (Gürcüstan) – Umar Madiminov (Qırğızıstan) 5:0

66 kq

Luka Mazanaşvili (Gürcüstan) – Adil Zalov (Azərbaycan) 0:4

Valeh Eyvazlı (Azərbaycan) – Raul Əsədullayev (Azərbaycan) 4:1

+ 80 kq

Məhəmməd Cəfərov (Azərbaycan) – Daniil Koşnev (Belarus) 3:2

Vladislav Samojonov (Qazaxıstan) – Səftər Məmmədzadə (Azərbaycan) 0:5

Qeyd edək ki, turnirə mayın 18-də yekun vurulacaq.