Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib

Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib

25 İyul 2024

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının C divizionunda Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, B qrupunda yer alan millimiz qrupun son matçında rəqibinə 76:69 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamızın qrupda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər.