Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib

Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib

17 May 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərini qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə TDT-dən bildirilib.

Qeyd olunub ki, görüşdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev də iştirak edib.

Xatırladaq ki, bu gün İstanbulda TDT ölkələrinin ailə və sosial xidmət nazirlərinin ilk iclası keçirilib.