XİN başçısı: Azərbaycan və Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib

XİN başçısı: Azərbaycan və Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib

26 İyul 2024

Uzun illər ərzində Azərbaycan ilə Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

Xarici işlər naziri qeyd edib ki, aprel ayında Azərbaycana səfər etmiş işçi qrupun fəaliyyəti ölkələr arasında əməkdaşlığı yalnız gücləndirəcək: “Bu gün biz müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdik və bu əməkdaşlığı yalnız genişləndirməyə hazırıq”.