Ceyhun Bayramov: Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır

Ceyhun Bayramov: Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır

18 Yanvar 2025

Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

C.Bayramov regional təhlükəsizlik məsələsinə də toxunub.

“Yaxın Şərqdəki vəziyyət müzakirə edildi. Suriyadakı yeni hakimiyyətin inteqrasiyası bölgəmiz üçün çox önəmlidir. Bu günlərdə əldə olunmuş HƏMAS-İsrail atəşkəsinin sabahdan qüvvəyə minməsini də səbrsizliklə gözləyirik. Ümid edirik, bu addım müsbət məcrada addımların atılmasına şərait yaradacaq. Azərbaycan bu münaqişənin iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır”, - o əlavə edib.