Türkiyə XİN 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

Türkiyə XİN 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

20 Yanvar 2025

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsində dərc olunan məlumatında bildirilib.

“1990-cı il yanvarın 20-də müstəqillik uğrunda canlarından keçmiş qardaş Azərbaycanın qəhrəmanlarının xatirəsini hörmət və rəhmətlə yad edirik”, - paylaşımda deyilir.