Məzahir Pənahov: Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb

Məzahir Pənahov: Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb

20 Yanvar 2025

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, seçki zamanı biokameralar fəaliyyət göstərəcək.

"Xarici müşahidəçilərlə bağlı müraciət qeydə alınmayıb", - MSK sədri vurğulayıb.