Naxçıvanda 20 Yanvar şəhidləri yad olunur - FOTOREPORTAJ
Bu gün Naxçıvanda 20 Yanvar faciəsinin şəhidlərinin əziz xatirəsi anılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yerli əhali Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları önünə gül dəstələri qoyur, onların ruhuna dualar edirlər.
Ziyarət zamanı həm şəhidlərin vətənpərvərliyi, həm də Azərbaycan xalqının azadlıq mübarizəsi bir daha vurğulanır.
Xalqımızın müstəqillik və azadlıq uğrunda verdiyi qurbanlar bir daha xatırlanaraq, onların şərəfli mübarizəsi dərin ehtiramla yad olunur.