Əli Əsədov və Sahibə Qafarova Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, onlar faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.