"Çelsi"nin futbolçusu növbəti dəfə zədələnib

"Çelsi"nin futbolçusu növbəti dəfə zədələnib

27 Fevral 2024

İngiltərənin "Çelsi" klubunun futbolçusu Kristofer Nkunku növbəti dəfə zədələnib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tibbi müayinədən keçən 26 yaşlı hücumçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Kristofer Nkunku 2023-cü ilin yayında Almaniyanın “Leyptsiq” klubundan 60 milyon avro qarşılığında "zadəganlar"a keçib. Fransa millisinin üzvü dizindən əməliyyat olunduğu üçün mövsümün ilk hissəsini buraxıb. Sağalandan sonra ombasından zədələnən oyunçu son olaraq fevralın 17-də Premyer Liqada "Mançester Siti" ilə heç-heçə (1:1) etdikləri matçda oynayıb. Forvard cari mövsüm 7 qarşılaşmada 2 qola imza atıb.

Mənsurə Hümbətova