Bu ilin iki ayında Naxçıvanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Bu ilin iki ayında Naxçıvanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

07 Mart 2025

Bu ilin ilk iki ayında Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının həcmi açıqlanıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Trend-ə istinadən məlumat verir.

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu ilin yanvarında su elektrik stansiyalarında (SES) elektrik enerjisi istehsalı 6 310 497 kVt-saat təşkil edib.

"Günəş elektrik stansiyalarında (GES) isə bu rəqəm 3 186 783 kVt-saat olub. Ötən ay isə bu rəqəmlər müvafiq olaraq SES-lərdə 5 861 628, GES-də isə 4 306 938 kVt-saat olub", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən il hesabat dövrü ərzində alternativ və bərpaolunan enerji mənbələrində 235 909 206 kVt/saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 48,7%-ni təşkil edir.