Bu il 130-a qədər məktəblə bağlı rasionallaşdırma tədbiri həyata keçiriləcək

Bu il 130-a qədər məktəblə bağlı rasionallaşdırma tədbiri həyata keçiriləcək

06 Fevral 2025

Keçən il məktəbyaşlı uşaqların sayı ilə bağlı 147 müəssisə rasionallaşdırılıb (birləşdirilmə - red).

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu il 130-a qədər məktəblə bağlı rasionallaşdırma tədbirinin həyata keçirilməsi nəzərdə tutulub.