Bələdiyyə seçkilərində YAP-ın məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

Bələdiyyə seçkilərində YAP-ın məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

08 Yanvar 2025

Azərbaycanda yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyasına (MSK) təyin etdiyi məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə MSK-nın bugünkü iclasında məlumat verilib.

Komissiyanın katibi Arifə Muxtarovanın təqdimatına əsasən Məhəmməd Yusif oğlu Məhərrəmov partiyanın MSK-ya məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilib.

Qərar səsverməyə qoyularaq qəbul olunub.