Azərbaycanın U-17 millisinin iki mərhələli təlim-məşq toplanışı olacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək.
Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq. U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da reallaşacaq. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
S. |
AD/SOYAD |
KLUB |
1 |
Məhdi Həsənov |
Neftçi |
2 |
Rauf Əyyubov |
Sabah |
3 |
Həzrət Səmədov |
Sabah |
4 |
Fərid Cabbarlı |
Zirə |
5 |
Əlibəy Mahmudov |
Sabah |
6 |
Tuncay Əhmədov |
Marset (İspaniya) |
7 |
Nadir Nəsibli |
Marset (İspaniya) |
8 |
Səttar Tahirzadə |
Marset (İspaniya) |
9 |
Muhammad Çodarov |
Marset (İspaniya) |
10 |
Murad Qurbanov |
Zirə |
11 |
Sinan Mehdizadə |
Marset (İspaniya) |
12 |
Nihad İsaqov |
Kəpəz |
13 |
Əli Qazibəyov |
Qarabağ |
14 |
Emil Həsənov |
Sumqayıt |
15 |
Abdulaziz Cabbarlı |
Qarabağ |
16 |
İbrahim Babayev |
Servette (İsveçrə) |
17 |
İslam Həsənov |
Srvena Zvezda (Serbiya) |
18 |
İbrahim Xəlilov |
Sabah |
19 |
Ümid Səlimov |
Sabah |
20 |
Əli İbrahim |
Qarabağ |