Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

09 Aprel 2025

Azərbaycanın sərbəst güləşçisi Ağanəzər Novruzov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanova (Bolqarıstan) qalib gəlib.

Qeyd edək ki, ötən gün təmsilçilərimizdən İslam Bazarqanov (57 kq) Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.