Azərbaycan və Qırğızıstanın mədəniyyət nazirləri görüşüb

Azərbaycan və Qırğızıstanın mədəniyyət nazirləri görüşüb

24 Aprel 2024

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Bakıda səfərdə olan Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovu qəbul edib.

NAXCİVANXEBERLERİ.COM Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, A.Maksutov azərbaycanlı həmkarına Qırğızıstanın Mədəniyyət Günlərinin təşkilində və keçirilməsində göstərdiyi yardıma görə təşəkkür edib.

Nazirlər iki dövlət arasında mədəni-humanitar sahədə əlaqələrin intensivləşdirilməsini, o cümlədən müxtəlif tədbirlər çərçivəsində incəsənət xadimlərinin qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Xatırladaq ki, A.Maksutov Qırğızıstan Prezidenti Sadır Japarovu müşayiət edən Qırğızıstan nümayəndə heyətinin tərkibində Bakıda səfərdədir.

Mənsurə Hümbətova