Azərbaycan cüdoçuları Polşada təlim-məşq toplanışındadırlar

Azərbaycan cüdoçuları Polşada təlim-məşq toplanışındadırlar

09 Aprel 2025

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisinin üzvləri Polşanın Poznan şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıblar.

Azərbaycan Cüdo Federasiyasının mətbuatdan xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, hazırlıq prosesi bu gün başa çatacaq.

Toplanışa yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir. Bu, mayın 3-4-də Türkiyənin İstanbul şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.