ASAN xidmətdə Naxçıvan Təhsil Nazirliyinin xidmətləri də göstəriləcək
Naxçıvan “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən bir sıra təhsil xidmətlərin göstərilməsinə başlanılacaq
Yanvarın 21-dən Naxçıvan “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 6 adda xidmətlərin göstərilməsinə başlanılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “ASAN xidmət” mərkəzində Nazirliyin əməkdaşları tərəfindən
1. Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;
(bq.edu.az)
2. Uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı;
(mektebeqebul.edu.az)
3. Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu
(qeydiyyat); (mektebeqebul.edu.az)
4. Peşə təhsili müəssisələrinə tələbə qəbulu (Portal.edu.az)
5. Şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat); (sy.edu.az)
6. Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;
Təhsil Nazirliyi tərəfindən elektron qaydada ödənişsiz həyata keçiriləcək.