AMEA-nın əməkdaşları ilə görüş keçirilib -

AMEA-nın əməkdaşları ilə görüş keçirilib - FOTO

06 İyun 2024

İyunun 5-də Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun və Nazirlik əməkdaşlarının AMEA-nın Arxeoloji Texnologiya və Ölçü Layihə şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qəhraman Ağayev və Kəngərli rayon Şahtaxtı kəndi üzrə arxeoloji ekspertlərlə görüşü keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki x görüşdə Şahtaxtı kəndində yerləşən mədəni abidələrin və tarixi əsərlərin qorunub saxlanılması, mədəni irsimizin qədim dövrlərdən bu günə gətirib çıxarılması barədə fikir mülahizələri edilib.

Şahtaxtı ərazisində olan arxeoloji abidələrdə aparılacaq arxeoloji qazıntılarla bağlı müzakirələr edilmişdir. Qəhraman Ağayev ərazidəki aidələrdə aparılmış arxeoloji qazıntılarla bağlı məlumat verərək bildirib ki, bu ərazidəki abidələrin əksəriyyətində Enolit dövrünə aid tapıntılara rast gəlinmişdir.

Görüşdə hər iki tərəf gələcəkdədə bu işlərin davam etdirilməsi barəsində fikrilərini bildirib.

Görüşün sonunda xatirə fotosu çəkilib.