Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahət təşkil olunub -

Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahət təşkil olunub - FOTO

23 Fevral 2025

Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən 52 nəfərin Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,fevralın 22-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən növbəti 52 nəfərin Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub. Mərkəzdə təşkil olunan canlı musiqi, intellektual bilik yarışı, şahmat, stolüstü tennis və cizgi film personajlarının iştirakı ilə baş tutan digər əyləncəli oyunlar da ittifaq üzvlərinin asudə vaxtlarını mənalı və yaddaqalan edib.

Qeyd edək ki, Şuranın ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15%-ni ödəməklə Mərkəzdə xizək meydançasından, kanat xəttindən, gündə 3 dəfə dadlı təamlardan və yaradılan bütün şəraitlərdən faydalanaraq vaxtlarını səmərəli keçiriblər.