Komitə sədrinin vətəndaşlarla növbəti görüşü olub -

Komitə sədrinin vətəndaşlarla növbəti görüşü olub - FOTO

22 Fevral 2025

Fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Babək rayonunun Vayxır kəndində sakinlərlə görüş keçirib və onların müraciətlərini dinləyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Komitə sədri sakinlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib, əməkdaşlar tərəfindən müraciətlər protokollaşdırılıb. Müraciətlər əsasən ünvanlı dövlət sosial yardımın təyin edilməsi, şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün özünüməşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub.

Görüş zamanı vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi izahatlar verilmiş, komitənin səlahiyyətləri daxilində olan müraciətlər nəzarətə götürülmüş və protokollaşdırılması təmin edilmişdir.