Qarlı hava ilə bağlı təcili yardıma müraciət edənlərin sayı artıb

Qarlı hava ilə bağlı təcili yardıma müraciət edənlərin sayı artıb

22 Fevral 2025

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

"Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub",- deyə məlumatda qeyd edilib.