4 günlük Naxçıvan Kitab Sərgisinə hazırsınız?

4 günlük Naxçıvan Kitab Sərgisinə hazırsınız?

25 Aprel 2024

Əziz oxucular, sizi 8-11 may tarixlərdə Naxçıvan şəhəri “Saat Meydanı”nda keçiriləcək ˝BOOKFEST˝  Naxçıvan Kitab Sərgisinə dəvət edirik!

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, sərgidə bir çox tanınmış yazıçılarla görüşlər, imza saatları, maraqlı müzakirələr, endirimli kitablar sizi gözləyir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və ˝TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı ilə keçiriləcək kitab sərgisində iştirak ödənişsizdir.

˝FERO BAND˝  hər gün saat 18:30-da bir-birindən gözəl ifalarla  ˝BOOKFEST˝ də olacaq.

Sərginin keçirilməsində göstərdikləri dəstəyə görə sponsorlarımıza və media tərəfdaşlarımıza öncədən təşəkkür edirik.

Sərgi 8-11 may tarixlərdə 10:00-dan 20:00-dək davam edəcək!

Ünvan: Naxçıvan şəhəri, “Saat Meydanı” (Nağı Əliyev küç.1)

BOOKFEST #NaxçıvanKitabSərgisi #kitabsərgisi #TEASPress

Mənsurə Hümbətova