Türkiyədə hökumətin iclası keçirilir

Türkiyədə hökumətin iclası keçirilir

12 Fevral 2024

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, toplantıda R.T.Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə və Misirə səfəri müzakirə olunur.

Həmçinin, F-16 qırıcı təyyarələrinin ABŞ-dən Türkiyəyə tədarükü məsələsi də gündəlikdədir.

Bundan başqa, bir sıra daxili məsələlərlə bağlı da fikir mübadiləsi aparılır.

Mənsurə Hümbətova