Tibb müəssisələri üçün qablaşdırılmış dərmanların pərakəndə satışına cərimə tətbiq edilir
Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə cərimələr müəyyənləşir.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilirlər.