Dövlət reyestrinə daxil edilməyən dərmanın reseptlə satılmasına cərimələr artırılır

Dövlət reyestrinə daxil edilməyən dərmanın reseptlə satılmasına cərimələr artırılır

04 Dekabr 2024

Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə cərimələr artırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, "Dərman vasitələri haqqında" Qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.