Azərbaycan Kuboku: "Zirə" 1/4 finala vəsiqə qazanıb

Azərbaycan Kuboku: "Zirə" 1/4 finala vəsiqə qazanıb

04 Dekabr 2024

Futbol üzrə Azərbaycan Kubokunda "Zirə" 1/4 finala vəsiqə qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəsəbə təmsilçisi 1/8 finalda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib.

Zirə Olimpiya İdman Kompleksində baş turan matçda meydan sahiblərinin heyətində Ayron Qomis (12), Ceyhun Nuriyev (24) və Yusuf Laval (52) fərqlənib. Qonaqların yeganə qoluna isə Brahim Konate (41) imza atıb.

Bu qələbənin ardından "Zirə" 1/4 finalda "Araz-Naxçıvan" ilə üz-üzə gələcək.