Tələbələrə erkən və qohum evliliklərinin fəsadlarından danışılıb - FOTO
İyunun 11-də Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Tibb Kollecində "Erkən nikahlar və qohum evlilikləri - günümüzün aktual problemidir" mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan kollecin direktoru Sona Məmmədova erkən nikahın yaratdığı fiziki və psixoloji problemlərdən danışıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəz PHŞ-nin həkim-ginekoloqu Aidə Bayramova "Erkən nikahlar, qohum evlilikləri və onların yaratdığı fəsadlar" mövzusunda slaydla çıxış edib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova "Erkən nikah ailə faciəsinin təməlidir” mövzusunda danışıb.
Tədbirdə tələbələrin sualları cavablandırılıb və sonda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mövzu ilə bağlı hazırladığı maarifləndirici broşürlar tələbələrə paylanılıb.