Serbiya-Azərbaycan Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçiriləcək

Serbiya-Azərbaycan Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçiriləcək

25 May 2023

Serbiya-Azərbaycan Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.

"Cari il sizin Serbiyaya gözlənilən səfəriniz və bu səfər çərçivəsində Serbiya və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gələcək inkişafına əlavə imkanlar yaradacaq Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin planlaşdırılması məni çox sevindirir", - deyə Serbiya lideri məktubunda bildirib.