Sahibə Qafarova: Prezident İlham Əliyevin siyasəti Azərbaycanı zirvələrə yüksəldib

Sahibə Qafarova: Prezident İlham Əliyevin siyasəti Azərbaycanı zirvələrə yüksəldib

18 Oktyabr 2024

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəni zirvələrə yüksəldib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 18-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın əzəli, tarixi torpaqlarının Ermənistanın 30 illik işğalından qurtarılması, ərazi bütövlüyü və severenliyin bərpa olunması nəinki ölkə, eləcə də bütün dünya üçün tarixi əhəmiyyətli hadisə olub:

“Azərbaycan Cənubi Qafqaz bölgəsinin liderinə, qlobal geosiyasətdə söz sahibi olan dövlətə çevrilib”.