Məcnun Məmmədov Naxçıvana səfərə gəlib -

Məcnun Məmmədov Naxçıvana səfərə gəlib - FOTO

18 Oktyabr 2024

Oktyabrın 18-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvana səfərə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, nazir Məcnun Məmmədov və nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər qoyub, xatirəsini ehtiramla yad ediblər.