Ali Məclisin Mətbuat xidmətinin məlumatı

Ali Məclisin Mətbuat xidmətinin məlumatı

18 Oktyabr 2024

Oktyabrın 21-də VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, payız sessiyasının iclasında “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (birinci oxunuş) və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi nəzərdə tutulur.