Rusiyanın erməniəsilli daha bir idmançısı dopinqə görə cəzalanıb

Rusiyanın erməniəsilli daha bir idmançısı dopinqə görə cəzalanıb

27 Fevral 2024

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Rusiyanın daha dörd ağırlıqaldıranını diskvalifikasiya edib.

NAXCİVANXEBERLERİ.COM IWF-yə istinadən xəbər verir ki, Yevgeni Kolomiets 2, Eduard Mejqixov, erməniəsilli Aleksandr Safaryan və Vasili Polovnikov 4 illik cəzalandırılıblar.

Onlar Moskva antidopinq laboratoriyasının məlumat bazasına əsasən 2012-ci ildə yol verilən qanun pozuntularına görə cəzaya məruz qalıblar.

Kolomiets 2011-ci ildə gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Mejqixov 2009-cu ildə gənclər arasında Avropa çempionu olub. Safaryan 2011-ci ildə gənclər arasında qitə yarışının vitse-çempionu, Polovnikov isə 2008-ci ildə Avropa çemionatının gümüş mükafatçısıdır.

Artıq bu idmançıların hamısı karyeralarını başa vurublar.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Avropa çempionu olmuş erməniəsilli idmançısı dopinqə görə diskvalifikasiya olunmuşdu.

Mənsurə Hümbətova