Qazaxıstan hokkey üzrə dünya çempionatını keçirmək üçün müraciət edib
Qazaxıstan 2028-ci ildə keçiriləcək dünya çempionatını təşkil etmək üçün Beynəlxalq Hokkey Federasiyasına ərizə ilə müraciət edib.
NAXCİVANXEBERLERİ.COM-da verir ki, bu barədə Qazaxıstan Hokkey Federasiyasının baş direktoru Qleb Karataev məlumat verib.
Qazaxıstan daha əvvəl 2027-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edib. Lakin bu turnirin təşkilatçılıq hüququ Almaniyaya verilib.
Qeyd edək ki, Qazaxıstan Hokkey Federasiyasının budəfəki müraciətinə Beynəlxalq Hokkey Federasiyasının mayın 23-dən 25-dək Praqada keçiriləcək Konqresində baxılacaq.